Xınalığa səfər (1-ci hissə)


Azəbaycanda ən unikal və səyahət edənlərin mütləq görməli olduğu yerləri saysaq yəqin ki ilk üçlükdə Göy-göl, LahıcXınalıq olacaq. Bu yerlər doğurdan da unikaldır. Göy-göl təbiəti, digərləri isə tarixi, insanları və yerləşməsinə görə. Lahıc uzun müddətdir ki, bizim və xairici turistlərin sevimli məkanlarındandır. Xınalıq yolu 2006-cı ildə istifadəyə veriləndən sonra bura gələnlərin sayı artmağa başladı. Göy-göl isə xalqın istifadəsinə bu il verildi və ilk günlərdən orada nə baş verdi, yəqin ki çoxlarınıza məlumdur. Yaşlı nəsil üçün təbiətdə istirahətlə manqal-şiş-kabab, aşıq havaları və özündən sonra tökdüyünü yığışdırmamaqla xarakterizə olunsa da, cavanların az-çox hiking anlayışı formalaşıb və bu çox gözəl haldır.

Xülasə, oktyabrın əvvəlində Xınalığa getmək imkanı yarandı. Bu fürsəti əldə vermədim və 2 günlük Bakının toz-dumanından şimala – haqqında çox eşitdiyim, amma heç zaman olmadığım dağlara çəkildim. Səfər barədə postum əsasən çəkdiyim fotolar və onlara yazdığım qısa şərhlərdən ibarətdir.

Baku-Xinaliq

Xınalıq

Xınalıq Quba rayounundadır. Bakı-Quba yolunun uzunluğu 165 km-dir. Yolla bağlı onu deyim ki, Bakıdan gedən yol, qayıdana nisbətən daha hamardır. Soruşduğum stajlı şoferlər dedilər ki, Rusiyadan Bakıya gedən ağır TIR-lar yolu korlayır, qayıdanda isə boş qayıtdıqlarına görə yolu çox da dağıtmırlar.

IMG_3426

Bütün magistrallar kimi Quba yolu da radarlarla “zəngindir”. Sürət həddi isə tez-tez 110-90-60 və s. arasında dəyişir. Diqqətli olub rahat sürsəniz 2 saatdan tez Qubada olacaqsız.

IMG_3438

Quba yolunun məşhur çətir ağaçlarını yəqin ki görmüsünüz. Yuxarıdakı foto həmin ərazilərdə çəkilib. Əgər Bakıdan çıxandan maşından düşməmisizsə və şüşələri aşağı salmamısınızsa onu burada edin və təmiz hava ilə Bakı havasının fərqini dərhal hiss edəcəksiz.

IMG_3457

Quba şəhərindən Xınalıq yolu ilə davam edirəm. Yol 2006-cı ildə istifadəyə verilib və 51 km-dir. Dağlıq və çətin ərazidən keçdiyi üçün bu məsafəyə 1 saatdan çox vaxt sərf edəcəksiniz. Ehtiyatlı sürün və ətrafdakı mənzərədən zövq alın.

IMG_3475

Xınalıq yolu bir neçə dəfə Qudiyalçayla kəsişir. Bu nöqtə yolun 38-ci km-dədir. Selfie stick varsa, burada mütləq dayanın 🙂

IMG_3481

Maraqlı adı olan Cek kəndi Quba-Xınalıq yolunun üstündə olan son yaşayış məntəqəsidir. İnternetdə kənd barədə axtarış verdim və azərbaycandilli Vikipediyada dolğun məqalə qarşıma çıxdı. Sonradan xatırladım ki, bizim Vikipediyanın ən fəal yazarlarından biri dostum Tərxan Paşazadə əslən bu kənddəndir.

IMG_3477

Gündüz vaxtı kəndə gələn yol aydın görünür. Əgər yolda maşın görünürsə bu balaca uşaqlar tez yolun kənarına çıxıb itburnu, ot kökləri və s. satırlar. Satılan malların qiyməti dəyişməzdir – 1 manat. Yolunuz burdan düşsə 1 manatdan keçərək (ehtiyacınız olmasa belə) bu kiçik biznesin inkişafına dəstək olun 🙂

IMG_3479

Yolun kənarında tikilmiş kiçik bulağın üstündə qara lövhəni görüb dayanıram. Əhalisi cəmi 300 nəfər olan bu kənd də şəhid verib. Allah rəhmət etsin…

IMG_3480

20-25 evdən ibarət Cek kəndini ötərək Xınalığa yolumu davam etdirirəm. Hit the road Jack!

IMG_3462

Yol yenə Qudiyalçayın üzərindən keçir və 2 yerə ayrılır. İstiqamət lövhəsi olmadığından Google Maps-də yolumu dəqiqlşdirirəm. Sağa dönmək lazımdır.

IMG_3488

Dəniz səviyyəsindən təxminən 1900 metr hündürlükdəyəm. Yuxarı qalxdıqca havanın təzyiqi və oksigenin miqdarı azalır. Qan təzyiqindən əziyyət çəkmirsinizsə narahat olmağa dəyməz.

IMG_3486

Bu qartal heykəli Xınalıq bələdiyyəsi ərazisinin başlandığı yerdə qoyulub. Yerli və gəlmə vandalların üzərində “S+A”, “filankəs yek” və sayt adları yazmasına, qanad və dimdiyinin sındırılmasına baxmayaraq qartal hələ ki öz yerində dayanır. Buradan sonra Xınalıq ərazisidir – Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış məntəqəsi.

IMG_3490

Yol idarəsi yağışdan sonra yola düşən daşları hər səhər təmizləyir. Əgər bəxtinizdən belə hadisə yol təmizlənəndən sonra baş veribsə yolu özünüz açmalısınız.

IMG_3491

və nəhayət 4 saatlıq yoldan sonra Xınalığa çatdım. Kəndin girəcəyi ilk baxışdan adi görünürdu: həmişəki lövhə, elektrik dirəkləri və mal-qara. Hətta “bunun üçün bu qədər yolu gəldim?” fikri keçdi ağlımdan və heç şübhəsiz bu yanlış fikir idi.

Xınalığa səfər (2-ci hissə)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s