Baxmalı olduğunuz 6 yeni film


1. The Martian (2015)

Marsda missiya zamanı astronavt Mark Watney (Matt Damon) qəza nəticəsində ölmüş bilinərək komandası tərəfindən tərk edilir.  Lakin, Mark ölmür və kimsəsiz planetdə tək qalır. İndi o Yerə sağ olduğu barədə siqnal göndərməli və yardım gələnə kimi həyatda qalmalıdır. Direktor: Ridley Scott.

2. Bridge of Spies (2015)

ABŞ və Sovet İttifaqı arasında Soyuq Müharibənın ən qızğın vaxtları. CIA ruslar tərəfindən tutulmuş amerikan pilotunun azad edilməsi üçün hüquqşunas Ceyms Donovanla (Tom Hanks) əməkdaşlığa başlayır. Direktor: Stiven Spilberq.

3. The 33 (2015)

Film 2010-cu ildə Çilinin Çopiapo mədənində baş vermiş faciədən bəhs edir. Qəza nəticəsində çıxış yolları bağlanan mədəndə 33 şaxtaçı 69 gün ərzində xilas edilmələrini gözləyir. Filmdə tanınmış aktyor Antonio Banderas da rol alıb. Direktor: Patricia Riggen.

4. The Hateful Eight (2015)

Tarantinonun 8-ci filmi. Hadisələr ABŞ vətəndaş müharibəsindən sonra Vayominq ştatında cərəyan edir. Qar fırtınasından qaçan 8 bounty hunter* fırtınanaın bitməsini eyni yerdə gözləməli olur. Bütün hadisələr də bundan sonra başlayır. Direktor: Quentin Tarantino.

* Bounty hunter – o vaxtlar cinayətkarların yaxalayıb təhvil verib əvəzində mükafat alan şəxs.

5. In the Heart of the Sea (2015)

Film 1820-ci ildə baş vermiş hadisədən bəhs edir. Balina ovlayan amerikan gəmisinin növbəti ovu düşünüldüyü kimi asan getmir. Evlərindən minlərlə kilometr uzaqda ağılagəlməz təhlükələrlə qarşılaşan dənizçilər sağ qala biləcəklərmi? Direktor: Ron Howard

6. The Revenant (2015)

DiCaprionun çəkildiyi heç bir film maraqsız deyil 🙂 Direktor: Inarritu.

Photo by Kimberley French - © 2015 - Twentieth Century Fox
Kimberley French – © 2015 – Twentieth Century Fox

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s