Couchsurfing istifadə etmək üçün 7 səbəb


Couchsurfing

Səyahət etmək, olmadığınız şəhərlərə, ölkələrə getmək və başqa yerlərdən gələn insanlarla görüşmək sizə çox böyük həyat təcrübəsi qazandırır. Əgər “putyovka” ilə səyahət sizlik deyilsə, daha çox macəra və yeni təəssuratlar axtarırsınızsa, onda oxumağa davam edin 🙂

Couchsurfing-i (kauçsörfinq) – səyahət edənlərin Facebooku adlandırmaq olar. Şəbəkə 220 000 şəhərdə 10 milyondan çox istifadəçini birləşdirir. Prinsip sadədir: sən öz şəhərinə səyahət edən istifadəçilərə kömək edirsən və başqa yerlərə səyahət etdiyin zaman sənə kömək edirək. Kömək isə ən müxtəlif formalarda ola bilər ki, buna aşağıda toxunacağıq.

Bəs nə üçün Couchsurfing (CS) istifadə etmək lazımdır? Mənim 7 səbəbim var.

1. Hərkəs üçün və pulsuz

CS Office
Bütün Couchsurfing bu ofisdən idarə olunur.

Bir çox sosial şəbəkələr kimi CS-dən də istifadə hərkəs üçün açıq və pulsuzdur. Əgər Facebook hesabınız varsa bir neçə saniyəyə CS istifadəçisi ola bilərsiniz. Amma bura qoşulmaq nə qədər qısa vaxt alırsa, özünü sübut etmək və reputasiya toplamaq bir o uzun zaman alır. Reytinq toplamağın prinsipi sadədir: sən daha çox insana kömək etməlisən.

Azərbaycanlıların diqqətinə! Buranı Odnoklassniki etməyin! 

2. Xaricə getməyə ehtiyac yoxdur

Ola bilsin ki, bu yazını oxuyanların bir qismi yaxın müddətdə xaricə getməyi planlaşdırmır. CS təcrübəsi və reytinqi toplamaq üçün səfərə getmək vacib deyil. Siz öz yaşadığınız şəhərə gələn qonaqlar kömək edirsinizsə, çox gözəl! Etdiyiniz yaxşılıqlar qonaqlarınız tərəfindən sizin CS hesabına reference formasında qeyd olunur. Nə qədər çox reference varsa, deməli bir o qədər çox insana kömək etmisiniz. Bu isə o deməkdir ki, artıq siz təcrübəli kauçsörfersiniz və xaricə səfəriniz zamanı CS-dən istifadə etsəniz bunun müsbət nəticəsini dərhal görəcəksiniz.

3. Evinin olması önəmli deyil

CS meting
Kauçsörferlərin Nyu York görüşü

Bəziləri yanlışlıqla düşünür ki, CS yalnız səyahət edənlərin qalmaq üçün pulsuz yer tapmaq saytıdır. Bu kökündən yanlış fikirdir! CS-də səyahət etmək fəlsəfəsi olmayan və əsas məqsədləri səfər boyunca xərclərini azaltmaq istəyən, bizim dildə desək istifadə etmək istəyən insanlara pis baxılır və onlara reference verilmir. Amma Sizin bu imkanınız yoxdursa, yəni kimisə öz evinizdə  qonaq edə bilmirsinizsə başqa formada kömək edə bilərsiniz. Məsələn;

  • Yaşadığın ölkəyə və ya şəhərə səyahət etməyi planlaşdıran insanlara məsləhət verəmək.
  • Səyahət edənlərlə görüşmək, onları şəhərlə tanış etmək.
  • Qonaq dəvət etmək, toya çağırmaq, milli mətbəx və adət-ənənələrlə tanış etmək və s.

4. Yaxşılıq geri dönür

Etdiyiniz yaxşılıqlar gec-tez sizə geri dönür. CS bu ideyaya inanlar üçündür və hətta əgər siz inanmırsınızsa etdikləriniz nə zamansa qarşınıza çıxacaq, o zaman bunu CS-də yoxlaya bilərsiniz.

5. Otel biznesi vs sən

V-for-Vendetta-Download

“Sizin çox gözəl şəhəriniz var, amma qiymətlər çox bahadır”. Əgər xaricdən gələn qonağınız olubsa, böyük ehtimalla bu sözlər sizə tanışdır. Xaricdən bura səyahət etmək istəyən adamlar necə çətinliklə viza əldə edirlər və Bakıda görürlər ki, xidmət səviyyəsi qat-qat aşağı olduğu halda, otel və hostellərin qiymətləri Avropa qiymətləri ilə eynidir. Siz kauçsörferlərə qalmağa yer təklif etməklə onlar əlavə xərclərdən azad etmiş olursunuz.

Deyə bilərsiniz, bəs bununla otel biznesinə, turizmin inkişafına və s. ziyan vurmuram? Gəlin belə qəbul edək ki, siz bazarda rəqabət yaratmış olursunuz və CS sizin otel sektoru ilə kiçik mübarizənizdir. Onlar pul itirir, Sizsə dost qazanırsınız 🙂

6. Dostlar qazan

couchsurfing

Bizdə bir deyim var, dost yolda tanınar. Mənim üçün CS-in ən gözəl cəhətlərindən biridir. Bu dostluqlar illərlə davam edən və məsafədən asılı olmayaraq yaşayan dostluqlar olur. Dünyanın müxtəlif yerlərindən gələn insanlarla tanış olmaq, onların səyahət hekəyələrini dinləmək, yeni nəsə öyrənmək, onlara nəsə öyrətmək, kimə yardım etmək və faydalı olmaq çox gözəl hissdir.

7. Daha çox kəşf et

Evgeniy Mikolya
Qonaqlarım Evgeniy (RUS) və Mikolya (UKR)

Səyahət etdiyiniz ölkələr heç də CNN reklamlarında göründüyü kimi bərli-bəzəkli, parlaq deyil. Bahalı otellər, bahalı restoranlar, qlamur məkanlar dünyanın bütün yerində aşağı-yuxarı eynidir. Hətta orada toplaşan insanlar da oxşardırlar 🙂 Eyni şeyləri görmək üçün minlərlə kilometr yol getməyə dəyərmi?

CS səyahət edənlərə getdikləri yerdə real şəraiti, real insanları tanımağa imkan verir. Bir çox insanlar, xüsusilə Avropa və Amerikadan gələnlər, səyahətin mənasını bər-bəzəkdə yox, yerli insanlara daha yaxın olmaqda görür. Qonaq etdiyim CS-lərin çoxu üçün (özlərinin dediyinə əsasən) Bakı avtobuslarında gəzmək, metroya düşmək, sadə insanların içində olmaq, “Görüş” kafesində nahar etmək, bahalı restoranlara getmək, hündür məkanlarda selfie çəkdirməkdən daha maraqlıdır.

Eyni zamanda siz də xaricə gedirsinizdə, ən azından oradakı yerli kauçsörferlərlə görüşə bilərsiniz və inanın bu sizin səyahəti bir daha rəngarəng edəcək.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s