Suriya xəritəsi – Sentyabr 2015


Suriyada 2011-ci ildən başlayan münaqişə 4 ildən sonra tam miqyaslı hərbi əməliyyatların keçirildiyi müharibəyə çevrilib. Əvvəl olduğu kimi, bu dəfə də Suriyadakı müharibənin gedişatı ilə bağlı öz fikirlərimi bölüşəcəm.

Beləliklə, 2015-ci ilin oktyabr ayı üçün konfliktin xəritəsi aşağıdakı kimidir. Müharibədə iştirak edən əsas təfərlər aşağıdakılardır:

  1. Hökümət qüvvələri (SAA + Hezbollah)
  2. Üsyançılar (FSA) və Al-Nusra
  3. İŞİD
  4. Kürdlər (PYD + JPG)
Wikimedia
Wikimedia

Rejimin əsas hədəfi ölkənin bütövlüyünü qorumaq üçün bütün ərazilərində ordu qüvvələri saxlamaq (army in all corners), Aralıq dənizi ərazisi və Livanla sərhəddi üsyançılardan təmizləyib bu ərazidən Dəməşqə gedən həyati əhəmiyyətli yolu təhlükəsiz saxlamaq və mühasirədə olan hökümət qüvvələrini xilas etməkdən ibarətdir. Xarici köməyin olmasına baxmayaraq son 3 ayda rejim demək olar ki, bütün istiqamətlərdə (şimal, cənub və şərq) məğlub olaraq mövqelərini itirib. Lakin, bir neçə gün öncə Rusiyanın oyuna daxil olması ilə yaxın aylarda hökümət qüvvələrinin vəziyyətinin müəyyən qədər yaxşılaşacağını gözləmək olar. Bu barədə ayrıca yazı olacaq.

Üsyançılar Al-Nusra cəbhəsi ilə birgə İdlib şəhərini ələ keçirdikdən sonra diqqətlərini ələvilərin yaşadığı Latakia əyalətinə cəmləyiblər. Eyni zamanda cənub cəbhəsində Golan yüksəklikləri və Darayya şəhərində Assad qüvvələrinə qarşı hücumlar edilir.

Suriya konfliktində İŞİD yeganə tərəfdir ki, bütün digər tərəflərlə müharibə aparır. Koalisiya qüvvələri və Rusiyanın hava zərbələrinə baxmayaraq İŞİD bir neçə istiqamətdə, Şimalda üsyançılarla Hələb ətrafında, şimal-şərqdə kürd birləşmələri ilə, şərqdə isə Palmira və Homs istiqamətində Assad qüvvələrinə qarşı hücumdadır.

Kürd qüvvələri öz strateji hədəflərinə ən çox yaxınlaşmış tərəfidir. Etnik kürdlərin yaşadıqları əsas ərazinləri İŞİD-dən azad etdikdən sonra öz mövqelərində möhkəmlənib İŞİD hücumlarını dəf etməkdədirlər. Eyni zamanda kürd birləşmələri İŞİD-lə mübarizədə ən çox uğur əldə etmiş tərəfdir və  terror qruplaşmasının tamamilə məhv edilməsi üçün yenidən hərbi əməliyyatlara cəlb oluna bilərlər.

Sonda münaqişəyə cəlb olunmuş digər tərəflər və onların hədəfləri barədə. AJ+ un yuxarıdakı videosu Suriya ərazisində koalisiya qüvvələri və Rusiyanın hava zərbələri və onların hədəfləri barədə məlumat verir.

Və sonda bütün bu hadisələrin fonunda ən çox uduzan kimdir? Heç şübhəsiz Türkiyə. Türkiyənin son dövrdə bütün qüvvəsini Suriyanın uçuşa bağlı ərazi elan olunması üçün səfərbər etmişdi. Lakin Rusiyanın hərbi təyyarələrinin Latakiaya gətirilməsi və artıq hərbi əməliyyatlara başlaması ilə bu istəyin də üzərindən xətt çəkilmiş oldu.

putin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s