Əfqan qadınları müharibədən əvvəl

Əfqanıstanda qadınlara səs hüququ Azərbaycan Demokratik Respublikasında olduğundan bir il sonra, yəni 1919-cu ildə verilib. 1950-ci ildə cinsi ayrıseçkilik aradan qaldırılıb, 1960-cı illərdə yeni konstitusiya isə cəmiyyətin həyatında qadınların rolunu daha da gücləndirib.

Lakin, 1979-cu ildə Sovet işğalı, radikal islamın baş qaldırması, Taliban hakimiyyəti və sonrakı müharibələr Əfqanıstanın qadın azadlıqları sahəsindəki uğurlarını bir neçə onillər geri atdıb. Məhəmməd Qəyuminin fotolarında 70-ci illərdə əfqan qadınlarının həyat tərzi əks olunur.

afghanistan before war

Kabul 70-ci illər

Continue reading

Belə fotoları paylaşmayın

Azərbaycanlıların çoxu bu 2 şeyi etdikləri barədə öz dost-tanış, qohumlarına və hətta tanımadıqları izləyicilərinə Facebook və Instagram vasitəsilə xəbər verməyi sevirlər:

  • Bahalı yerlərə getdikdə
  • Biləcəridən o tərəfə keçdikdə

Yəqin ki, hər kəs aeroportda paylaşılan pasport arasında uçuş biletləri fotolarını görüb. Bunu etməyin!

boarding+pass2

Continue reading

Xınalığa səfər (1-ci hissə)

Azəbaycanda ən unikal və səyahət edənlərin mütləq görməli olduğu yerləri saysaq yəqin ki ilk üçlükdə Göy-göl, LahıcXınalıq olacaq. Bu yerlər doğurdan da unikaldır. Göy-göl təbiəti, digərləri isə tarixi, insanları və yerləşməsinə görə. Lahıc uzun müddətdir ki, bizim və xairici turistlərin sevimli məkanlarındandır. Xınalıq yolu 2006-cı ildə istifadəyə veriləndən sonra bura gələnlərin sayı artmağa başladı. Göy-göl isə xalqın istifadəsinə bu il verildi və ilk günlərdən orada nə baş verdi, yəqin ki çoxlarınıza məlumdur. Yaşlı nəsil üçün təbiətdə istirahətlə manqal-şiş-kabab, aşıq havaları və özündən sonra tökdüyünü yığışdırmamaqla xarakterizə olunsa da, cavanların az-çox hiking anlayışı formalaşıb və bu çox gözəl haldır.

Xülasə, oktyabrın əvvəlində Xınalığa getmək imkanı yarandı. Bu fürsəti əldə vermədim və 2 günlük Bakının toz-dumanından şimala – haqqında çox eşitdiyim, amma heç zaman olmadığım dağlara çəkildim. Səfər barədə postum əsasən çəkdiyim fotolar və onlara yazdığım qısa şərhlərdən ibarətdir.

Baku-Xinaliq

Continue reading